"La Reine" fransız dilindən tərcümədə "Kraliça" deməkdir. Biz əbəs yerə onu belə adlandırmadıq. Onu elə yaratdıq ki, siz burada özünüzü əsl kraliça kimi hiss edəsiniz. Sizin belə hiss etməyiniz üçün lazım olan hər şey, ən başlıcası isə yüksək səviyyədə xidmət və peşakar ustalar bu gözəllik salonunda cəmlənmişdir. Bizim ustalarımız sizin fərdiliyinizi, bənzərsiz xarakterinizi və sezilməyən əhval-ruhiyyənizi duyaraq, hər bir obraz üzərində peşəkarcasına işləyir, sizə arzuladığınız xarici görünüşü bəxş edirlər.